Haqqında

Təhsili

1970-ci ildə Salyan rayonu Aşagı Kürkənd kəndində 8 illik təhsilini başa vurub.

1973- ci ildə Salyan şəhər Y.Qasımov adına orta məktəbin onuncu sinfini fərqlənmə ilə bitirmişdir.

1978 – ci ildə S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsini bitirən M.Dadaşov

Salyan rayonu Aşagı Kürkənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır.

İş Təcrübəsi

Resublika səviyyəsində keçirilən müsabiqələrdə fəal iştirak etmişdir. 26 dekabr

2017- ci il tarixdə Elektron Təhsil müsabiqəsində iştirak edərək təhsildə ən yaxşı internet resursları nominasiyası üzrə fərqləndiyinə görə diplomla təltif edilmişdir.
Təhsildə qabaqcıl metodları,

İKT –üsullarını tətbiq etdiyinə görə Azərbaycan Təhsil Nazirliyinin 2018-ci il 1 oktyabr tarixli K-1027 nömrəli əmri ilə Qabaqcıl Təhsil İşçisi Döş nişanı ilə təltif edilmişdir.

M.Dadaşov sosial şəbəkələrin imkanlarından istifadə edərək əldə etdiyi bilik və bacarıqlarını,təcrübəsini həmkarları ilə bölüşür ,onlara yardımçı olur.Facebookda Riyaziyyat Hər yerdə,Onlayn İmtahanlar səhifəsinin, Riyaziyyat Hamı Üçün blogunun, Onlayn İmtahanlar Dünyasını vebsaytının
müəllifidir. Onlayn İmtahan materialları tərtib edərək abituryentlərin qəbul imtahanlarına hazırlaşmasında Məhəbbət müəllimə məxsus Onlayn Testopad vebsaytının böyük əhəmiyyəti vardır. Youtubda Riyaziyyat Hamı Üçün –kanalı riyaziyyatı sevənlər üçün böyük əhəmiyyət kəsb edir.Bu kanal vasitəsilə canlı yayımlar təşkil edərək pedaqoji problemlərin həlli yollarının axtarılmasında dinləyicilərə böyük dəstəyçi olur.

Azərbaycan Resublikası prezidentinin 2019-cu il 3 oktyabr tarixli 1459
nömrəli sərəncamı ilə Əməkdar Müəllim fəxri adına layiq görülmüşdür.